Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi 3, ünvanında 76 saylı tam orta məktəbdə baş verib.
Məktəbdən hadisə ilə bağlı Trend-ə bildiriblər ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib.
Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.
Milli.Az