Xalq artisti Zülfiyyə Xanbabayeva yaradıcılığında yenilik edəcək.

Metbuat.az-ın sia.az-a istinadən verdiyi məlumata görə, ifaçı yeni albom çıxarmağa hazırlaşır. O, bunun üçün obyektiv qarşısına keçib. Xanbabayeva disk üçün çəkdirdiyi yeni şəkillərin video-çarxını izləyiciləri ilə bölüşüb.

Şəkillər üçün müğənni bir neçə obraz yaradıb. Fotoların müəllifi Ruslan Nəbiyevdir. Zülfiyyənin stili üzərində isə Elnur Hüseynov çalışıb.

Qeyd edək ki, Z.Xanbabayeva sonuncu dəfə 2009-cu ildə "Dəniz" adlı albom hazırlamışdı.


Qatığı bu şəkildə YESƏNİZ... - Möcüzəyə şahid olacaqsınız - Oxumaq üçün tıkla