Yaxın 3 ildə Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsi 17 milyard manata çatacaq.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bunu energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov deyib.

O bildirib ki, hər il bu dövriyyə təqribən 7 faiz artır:

"Ümid edirik ki, beləliklə, nağd pul dövriyyəsinin səviyyəsini indiki 74 faizdən 40 faizədək azalda biləcəyik".

Sabaha olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla