Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıq növlərinin adlarını açıqlayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, balıqçılar kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm balıqlarını ovlaya bilərlər.

Bundan əlavə, şamayı, qarasol, daban, naxa, xərçəngkimilərin də ovlanmasına qadağa qoyulmayıb.

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI - Oxumaq üçün tıkla