Pakistanın Pəncab əyalətində Nasim Ahtar adlı qadın 32 il üzərində işlədiyi əl naxışı Quran-i Kərimi hazır vəziyyətə gətirib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, dünyada bənzəri olmayan bir işə imza atdığını iddia edən qadın hazırladığı Quran-i Kərimi Mədinədəki Quran-i Kərim Muzeyinə hədiyyə edib.

Nasim Ahtar "1987-ci ildən kitabı işləməyə başladım. Hər gecə dəstamazımı alıb işləyirdim və Allaha şükür bu il işimi görüb bitirdim"- deyə açıqlama verib.

Aysel Yaqubqızı / Metbuat.az