Konqoda yanacaq daşıyan yük maşınının digər yük avtomobili ilə toqquşması nəticəsində güclü partlayış olub.

Metbuat.az Anadolu agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində azı 50 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara yerləşdirilib.

Tələfatın artacağı istisna olunmur.

Sübhan / METBUAT.az