Qəzza bölgəsində İsrail polisi ilə fələstinli etirazçılar arasında baş verəntoqquşmalar nəticəsində 1-i uşaq olmaqla 3 nümayişçi həlak olub. 130-a qədər fələstinli yaralanıb.

Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə,Onlardan 7-sinin vəziyyəti ağırdır. Bildirilir ki, İsrail hərbçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, rezin və döyüş güllələrindən istifadə edib.

Qeyd edək ki, fələstinlilər onlara məxsus torpaqların İsrail tərəfindən qanunsuz zəbt edilməsinə etiraz məqsədiylə mart ayından bəri “Böyük qayıdış” adlı yürüşlər təşkil edir.

Sübhan / METBUAT.az