Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salman İstanbulda yoxa çıxan müxalifətçi ərəb jurnalist, “Washington Post” yazarı Camal Qaşıqçı barədə açıqlama verib.

Metbuat.az-ın Türkiyə mənbələrinə istinadən məlumatına görə, o bildirib ki, jurnalist krallığın İstanbuldakı Baş Konsulluğunda deyil:

“Qaşıqçının zorla konsulluqda saxlanıldığına dair iddialar həqiqəti əks etdirmir. Ankaranın konsulluq binasında hərtərəfli axtarışlar aparmasına icazə verməyə hazırıq”.

Qeyd edək ki, oktyabr ayının 2-də müxalifətçi ərəb jurnalist rəsmi prosedurlarla əlaqədar krallığın İstanbuldakı baş konsulluğuna gedib və bir daha geri qayıtmayıb. Türkiyə tərəfi jurnalistin binada olduğuna dair ciddi şübhələrin olduğunu bəyan edib.

Sübhan / METBUAT.az