Hindistanda zəvvarları daşıyan furqon 150 metr dərinliyi olan dərəyə düşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki,hadisə nəticəsində 9 nəfər ölüb, ən azı 5 nəfər ciddi xəsarətlər alıb. Qəza Uttarkaşi şəhərində baş verib. Zəvvarlar Himalay dağlarında yerləşən Qanqotri məbədindən geri qayıdırdılar.
Hadisə zamanı avtomobil salonunda 13 nəfər olub. Ölənlər arasında 8 sərnişin və sürücüdür.
Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Hadisənin təfərrüatları araşdırılır.
Milli.Az