Bu gün ATV telekanlında yayımlanan "Atv Şou" verilişinin növbəti buraxılışı meyxanaya həsr edilib.
Metbuat.az goldnews.az-a istinadən xəbər verir ki, verilişin ötən buraxılışında ustad meyxanaçı Ağamirzə həmkarlarını həftənin cümə günü "Atv Şou" verilişinə gəlmələri üçün çağırış etmişdi. Onun dəvətini yerə salmayan 30-ayaxın söz ustadı Nanə Ağamalıyevanın aparıcılığı ilə yayımlanan verilişə toplaşıblar. Proqramın qonaqları arasında məşhur meyxanaçı Pərviz Bülbülə də olub.
O, verilişdəki meyxanaçılarla çox gözəl münasibətdə olduğunu bildirib:
"Nanə xanım da məndən küsüb. Burada hamı mənim dostumdur. Mənim duet oxumağımın, hansısa başqa tədbirdə iştirak etməyimin bu qardaşlarla münasibətimə aidiyyatı yoxdur. Mən hamısıyla dostam, qardaşam".
Qeyd edək ki, son zamanlar müğənni Türkan Vəlizadə ilə duet oxuması meyxanaçı ilə həmkarları arasında soyuqluğun yaranmasına səbəb olduğu deyilirdi. Bu soyuqluq "Atv Şou" verilişində də özünü göstərib. Belə ki, Ağamirzənin dəvəti ilə efirə gələn meyxanaçıya həmkarları deyişmələrdə atmaca atmağa başlayıblar. Bundan sonra Pərviz Bülbülə efiri tərk edib.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla