Türkiyə İstanbulda M.C adlı adam 2 oktyabr tarixində sosial media hesabında tanış olduğu bir qızın evinə gedib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, iddiaya görə, bir müddət sonra qızın valideynləri evə gəlib. Daha sonra qızın atası M.C-nin başına silah dayayaraq çılpaq fotolarını çəkib. Qızın anası isə başına vuraraq mobil telefonunu və pullarını oğurlayıb. Cütlük M.C-dən daha çox pul istəyərək onu görüntüləri sosial şəbəkədə yaymaqla hədələyib. Polis şəxslərin yaxalanması üçün çalışma başladaraq M.C-nin qardaşı S.C-nin hadisə ilə əlaqəsi olduğunu müəyyən edib.
Edilən axtarışlar zamanı hadisədə istifadə edilən 1 ədəd silah, qəsb edilən pul və 5 ədəd mobil telefon ələ keçirilib.