“Livanda yeni hökumət yaxın günlərdə qurulacaq”.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Livanın Baş naziri Səəd əl-Hariri MTF televiziyasına verdiyi açıqlamasında deyib: “Bir həftə - 10 gün ərzində yeni hökumətin qurulacağına əminəm. Hökumət hər seqmenti təmsil edəcək. Hökumətə iş birliyi niyyətiylə girməliyik. Heç kim bir problem və ya qarşıdurma yaratmaq üçün hökumətdə iştirak etməməlidir”.
Livan iqtisadiyyatında yaranan təhlükəyə görə bir neçə nazirliyi ləğv etməyə hazır olduqlarını bildirən Hariri, bütün siyasi partiyaları dövlət üçün fədakarlıq etməyə dəvət edib.
Günay Elşadqızı / METBUAT.AZ