2011-2017-ci illəri əhatə edən bir araşdırmaya görə, dünyanın fərqli yerlərində 259 nəfər öz çəkim edərkən həyatını itirib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, araşdırmada insanların sosial şəbəkə hesablarında bəyənmə toplamaq üçün yüksək bölgələrdə öz çəkim edərək həyatlarını riskə atdığı vurğulanıb. Digər tərəfdən son illərdə artan öz çəkim edərkən ölmələrin bir çoxunun bu səbəbdən meydana gəldiyinə diqqət çəkilib.
Son olaraq keçən ay Amerikada 18 yaşlı Tomas Frankfurter 250 metr yüksəklikdən, iyul ayında isə 19 yaşlı Gavin Zimmerman Avstraliyada uçurum kənarında öz çəkim edərkən düşərək həyatını itirmişdi.