İngiltərədə yaşayan Aleks Upton 10 həftəlik körpəsi Ezranın başına gələn hadisənin fotolarını sosial şəbəkədə paylaşıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, körpəsinin səbəbsiz ağladığını görən Aleks çox keçmədən ağlamanın saç telindən qaynaqlandığını öyrənib. Dörd ayaq barmağında 12-14 saat boyunca sarılı qalan saç teli körpənin qan dövranını kəsib. Daha sonra Aleks saçları körpənin ayağından çıxarıb və həkimə müraciət edib.

Həkim saç telinin daha uzun müddət qalması ilə körpənin barmaqlarını itirə biləcəyini bildirib.

Bu hadisədən sonra Aleks bütün valideynləri diqqətli olmağa çağırıb.





https://metbuat.az/news/1036922/meshur-aktyor-yeni...