Kanadalı bir cərrah anadangəlmə beyin problemi olan 8 yaşlı xəstəsini əməliyyat etməzdən əvvəl uşağın istəyi ilə oyuncaq ayısını da əməliyyat edib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, həkim Daniel Mcneely doğulduğundan bəri Cakson Mckiey adlı uşağın müalicəsi ilə məşğul olur. O, hidrosefali (beyində su toplanması) xəstəsi olan uşağı əməliyyatxanaya apararkən uşaq həkimdən “Kiçik körpə” adlandırdığı oyuncaq ayısını sağaltmasını istəyib. Həkim Mcneely uşağın xahişi ilə oyuncaq ayını əməliyyat masasına uzadıb.

Xəstəxana rəhbərliyi Caksonun əməliyyatının uğurlu keçdiyini bildirib. Caksonun ailəsi əməliyyatdan əvvəl oğullarının istəyini həyata keçirdikləri üçün xəstəxana rəhbərliyinə və həkim Mcneelyə öz təşəkkürlərini bildirib.

Həkim Mcneely bu xatirəsini və “əməliyyat” fotolarını Tvitterdən “Necə yox deyə bilərdim?” sözləri ilə paylaşıb.


https://metbuat.az/news/1036476/dunyanin-en-uzun-b...