Hacıqabul rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, gecə 00.30 radələrində "Mercedes" markalı avtomobil yolun kənarı ilə velosipedlə hərəkətdə 2003-cü il təvəllüdlü Muğan kənd sakini Rüstəmov Əli Məmmədsadıq oğlunu vurub.

Nəticədə yeniyetmə sol baldırının sınığı və baş-təpə nahiyəsinin travması ilə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az