“WhatsApp” messencerinin yenilənmiş versiyasında istifadəçilərə reklam göstəriləcək. Reklamın pəncərənin yuxarı hissəsində göstəriləcəyi ehtimal edilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, istifadəçilərin narazılığına səbəb ola biləcək yenilik haqda “WABetaInfo” insayderləri məlumat verib. Məlumata görə, sözügedən messencerin “iOS” üçün versiyasında reklam nümayiş etdiriləcək.
 
Emil Hüseynov