Bir yaradıcının varlığına necə inanmaq olar?
Bir insan necə ateist ola bilər?
"Əvvəl heç bir dəlil tapa bilmədim, sonra da düşündüm ki, əgər bir yaradan olsa da əgər o buranı yaradıb və çıxıb gedib. Yaradıb sonra da qoyub gedibsə, bütün bunların mənə nə dəxli deyərək ateist oldum." - Ateistin fikirləri...
Onlara cavab olaraq:
"Bənzətmələr uzaq görünən həqiqətləri yaxına gətirən durbinlərdir və bunu hər zaman vurğulayırıq. Ağıllı insanlar durbinlərə fikir vermədən işin həqiqət qisminə baxarlar. Bir maşın təsəvvür edin. Bu maşın Qarsa doğru istiqamət götürməlidir. Maşın yola düşür və 5 dəqiqə sonra önünə onlarla fərqli yol çıxdı. Bu yolların doqquzu yanlış və cəmi biri doğrudur. Qarşısında onlarla seçimə rəğmən bu maşın Qarsa doğru yolu taparaq yetişə bilir. Buradan bir sual doğur: O maşın öz başına və heç bir bələdçisi olmadan o yolu necə tapa bilər?
Gələk ikinci bir elmi dəlilə. Atom. Atomların ağlı, şüuru elmi bir iradəsi yoxdur. Bir dənə atomun qarşısında gedə biləcəyi milyardlarla fərqli yol seçimi varkən, niyə hər dəfə doğru yolu seçə bilir? Milyonlarla yol və milyonlarla seçim varkən atomlar doğru yolu taparaq canlını meydana gətirir. O atomların doğru yolu tapması həmin rəhbərin varlığını bizə sübut edir. Biz o vahid yol göstəriciyə Allah deyirik."
Ateist: Bir məsələdə axı uyğunsuzluq var? Niyə tək olmalıdır? Bir neçə dənə ola bilməzmi?
Cavab: " Atomlar bütün yolları və seçimləri edə bilər. Lakin düzgün yolu seçim etməsi üçün bələdçi lazımdır. Bütün o yollara hakim olan bütün o atomlara da hakimdir. Bir atoma hakim olmayan heç bir yola da hakim ola bilməz. Bir atomu yaradanla kainatı yaradan eynidir. İlah anlayışının ən əhəmiyyətli tərəfidir onun sonsuz olmasıdır. Allah sonsuz olduğuna görə sonsuz da istifadə və sərf etmə qüvvəsi də vardır. Əgər iki sonsuz bir arada olsaydı və onların istifadə qüvvəsi hardasa toqquşa bilər axı... Onda iki sonsuz bir -birinin sonsuzluğunu məhdudlaşdıra bilər.
Ateist: Dəlil olaraq görmədən inanmaq istəməyənlər var.
Milli.Az