Türkiyənin Xarici İşlər Nazirliyi bu ölkənin Yunanıstanın Saloniki şəhərindəki baş konsulluğun mühafizə xidmətinə edilən hücumu kəskin şəkildə pisləyib.

Metbuat.az Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bəyənatda deyilir ki, “Salonikidəki baş konsulluğu qoruyan polislərə qarşı 6 “Moloto” kokteyli ilə edilən hücumu qınayırıq. Baş konsulluğumuzda dağıntı və ya hər hansı yaralanmanın olmaması təsəllimizdir”.

Türkiyə XİN xatırladıb ki, Yunanıstan tərəfi, Türkiyənin bu ölkədəki diplomatik statuslu obyektlərini, şəxsi heyəti və mühafizəçilərin təhlükəsizliyini təmin etməyi gücləndirməlidir.

Qeyd edək ki, sentyabrın 30-da Ankara vaxtı ilə saat 02.30-da Türkiyənin Saloniki şəhərindəki baş konsulluğunun inzibati binasının mühafizəçilərinə naməlum adamlar tərəfindən 6 ədəd “Molotov” kokteyli atılıb.

Günay Elşadqızı / METBUAT.AZ