Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Milli.Az report-a istinadən bildirir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.
Qəzanın təfərrüatları araşdırılır.
Milli.Az