“Qüds satılmır!”. Fələstin prezidenti Mahmud Abbas belə sərt bəyanatla çıxış edib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, o bildirib ki, Qüdsün statusu və Fələstin xalqının hüquqları ticarət predmeti ola bilməz. Mahmud Abbasın sözlərinə görə, regionda sülh əldə etməyin yeganə yolu paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından keçir. Rəmallahın danışıqlardan imtina etmədiyini və bundan sonra da dialoqa açıq olduğunu deyən prezident, fələstinlilərin sülh arzuladığını qeyd edib.

Mahmud Abbas Amerika Birləşmiş Ştatlarına da səslənərək, onu Qüdsü İsrailin paytaxtı kimi tanıması, fələstinli qaçqınlara yardımların kəsilməsi qərarlarına yenidən baxmağa çağırıb.

Sübhan / METBUAT.az