İndoneziyanın Sulavesi adasında baş verən 7,5 bal gücündəki zəlzələ və sunami nəticəsində ölənlərin sayı 390 nəfərə çatıb.
Metbuat.az Anadolu agentliyinə istinadən məlumat verir ki, yüzlərlə yaralı var.Yerli mənbələrin məlumatına görə, çox sayda insan itkin düşüb. Onların axtarışları davam edir. Yeraltı təkanlar çox sayda tikilini sıradan çıxarıb.
Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün xilasedicilərlə yanaşı hərbçilər də cəlb edilib. Bildirilir ki, zəlzələnin episentri Palu şəhərindən 78 km aralıda və dəniz dibinin 18 km dərinliyində qeydə alınıb.
Sübhan / METBUAT.az