“Foto+” verilişinin yeni mövsümə olan növbəti buraxılışı efirə gedib.
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, verilişin qonaqları futbolçu qardaşlar, “Neftçi”nin forvardı Mirabdulla və “Zirə”nin yarımmüdafiəçisi Mirsahib Abbasovlar olub. Eyni peşə sahibi olsalar da, qardaşlar xasiyyətcə bir-birindən fərqlənirlər.
Nisbətən sakit təbiətli olduğunu söyləyən Mirsahib isə nikahından söz açıb:
“Toyum onunla seçilir ki, məclis ailə arasında baş tutub. Adətən bizim toylarda 300-400 nəfər adam olur. Biz də isə qonaq sayı az olub. Evləndiyim xanımı 5 ilə yaxındır tanıyıram. Ona görə düşünmürəm ki, həyatımızda dəyişiklik olar”.
Qeyd edək ki, verilişin aparıcısı və fotoların müəllifi Sadiq Quliyevdir.

