İnsan özünü məhvə doğru aparan varlıqdır. Bəzən bunu bilərəkdən, bəzən isə bilməyərəkdən edir.

Həyatında hər bir şeyin yaxşı getdiyi anda o, spirtli içki və narkotik kimi zərərli vərdişlərə qurşana bilər. Bu daha çox yaradıcı insanlarda özünü göstərir. Belə bir düşüncə var ki, yaradıcı insan öz rahatlığını bu cür pis vərdişlərdə tapa bilir. Nəticədə, sevə-sevə pərəstiş etdiyimiz məşhur insanlar gözümüzün önündə çirkinləşir və ya həyatlarını itirirlər. Nəinki Azərbaycan məşhurları, əcnəbi ulduzlardanda cavankən öz həyətlarını pis vərdişlərə qurban verənlər daha çoxdur.

Metbuat.az sizə bu dəfə narkotikdən ölən əcnəbi məşhurların siyahısını təqdim edir:

“Sarışın əfsanə” kimi sevilən Merlin Manro

Bu bədbəxt ulduz kimsəsizlər evində böyüyüb. 36 yaşına kimi 4 dəfə ailə qurub. Amerikanın Los Anceles ştatının sevilən ulduzunun ölümü müəammalı olub. Lakin ictimaiyyətə narkotikdən öldüyü bildirilib.

Elvis Presli

Roken –rolun şahzadsi hesab olunan Presli daim uyuşdurucu dərmanları davamlı qəbul etdiyi bildirilir. Onun haqqında belə bir şayələr yayılıb ki, narkotik dərmanları o qədər qəbul edir ki, səhnəyə çıxarkən mahnının sözlərini unudurmuş. Və bir gün 1977 ci-ilin avqustun 16-sında Djindjer Olden Preslinin hamam otağında ölmüş vəziyyətdə tapıb.

Kurt Kobeyn

1994-cü ilin aprelində Kobeyn evinin qarajında bir elektrik tərəfindən ölü vəziyyətdə tapılıb.Ondan qan analizləri götürülərkən tərkibində nə az, nə çox 200mq heroin aşkar edilib. Araşdırmalardan belə nəticəyə gəlinib ki, ulduz özü-özünü qətlə yetirib. Ancaq özünü niyə öldürdüyü hələ də cavabsız olaraq qalır. Tanınmış musiqiçinin həyat yoldaşı aktrisa Korni Lav da narkoman idi. Yalnız o bu vərdişdən hamiləlik dönəmində tərgidib.

Murat Nasırov

Faciəvi şəkildə dünyasını dəyişən ulduz ölümündən illər ötsə də, hələ də özünü yaşadığı binanın 5 ci mərtəbəsindən atmasının səbəbi bilinmir. O bunu Moskava şəhərində 2007 –ci ildə 20 yanvar günü etmişdi. Adı narkomanlıqda hallansa da, qan analizləri bunu sübut etməyib.

Ölümünə kimi 415 fəxri ad alan dünya şöhrətli müğənni də narkotikdən ölənlər sırasında yer alıb.İlahi səsə malik olan müğənni 2012 –ci ildə dünyasını dəyişib. Polis araşdırması nəticələrinə görə, Uitni Hyuston boğulma, ateroskleroz ürək xəstəliyindən və kokain istifadəsi səbəbindən dünyasını dəyişib. 54-ci "Qremmi" mərasimi ona həsr edilmişdir.

Maykl Cekson

Böyük insan, öz rəqs üslubu ilə dünyada seçilən və sevilən pop-musiqi ifaçısının ölümü müəmmalı olub. Ömrünün yüksəliş dövründə yaşayan müğənni yüksək dozada narkotika qəbulundan dünyasını dəyişdiyi bildirilib. Ancaq polisin araşdırmasında sonra Ceksonun həkimi tərəfindən qəsdən öldürüldüyü ortaya çıxıb. Və həmin həkim həbs olunub. 51 yaşında dünyasını dəyişən ulduz 15 “Qremmi” mükafatçısı olub.

Tanınmışlar efir məkanımızı belə görmək istəyirlər- ÖZƏL AÇIQLAMALAR / FOTOLAR - Oxumaq üçün tıkla