Bakıda oğurluq etmiş qadın tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1800 manat oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini N.Xasməmmədova saxlanılıb.

Tutulan qadın ətrafında əlavə araşdırmalar həyata keçirilir.