Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunda asfalt örtüyü sıradan çıxmağa başlayıb.

Metbuat.az-a daxil olan məlumatda bildirilir ki, ötən ilin avqust ayında istifadəyə verilən asfalt örtüyü artıq dağılmağa başlayıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən çatlar yolda yeni yaranıb:

“Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunda belə hallar ilk dəfədir qeydə alınır. Üstəlik, problemə yol boyu deyil, 3 kəndin yolunda rast gəlinir. Ümumilikdə 12 nöqtədə problem var. Hazırda qeyd olunan hissələrdə yolun sıradan çıxmasının səbəbi araşdırılır. Yaxın günlərdə problem aradan qaldırılacaq”.

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / METBUAT.AZ

Problem nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA! – TIKLAYIN!