Hindistan Ali Məhkəməsi zinanı cəza olmaqdan çıxararaq qanuna dəyişiklik edib.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, 158 ildir ki, ölkədə evli qadınla əlaqəyə girən kişilərə 5 ilədək həbs cəzası ya da maddi təzminat tələb edilirdi. Bu günə qədər neçə nəfərin bu qanunla cəzalandırdığına dair statistikalar yoxdur.
Dəyişikliyə görə, "Zina bədbəxt bir evliliyin səbəbi ola bilər, nəticəsi yox. Zina mədəni hüquq çərçivəsində evliliyin sona çatmasını göstərən səbəb ola bilər, ancaq ağır cəza veriləcək bir günah olmamalıdır". Bu sözləri Hindistan Ali Məhkəməsinin baş hakimi Dipak Misra deyib.
Qeyd edək ki, əvvəlki qanuna görə, "kişinin əlaqəyə girdiyi qadının ərinin razılığı olmaması" şərti ilə cəza verilirdi. Ancaq baş hakim "ərinin razılığı olmaması" hökmünün qadınların konstitusiya ilə qorunma altına alınan cinsəl azadlıqlarına zidd olduğunu deyib.
Aysel Yaqubqızı / Metbuat.az