BMT Baş Assambleyasının 73-cü qurultayında iştirak etmək üçün ABŞ-a yollanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Nyu-Yorkda türk və müsəlman icmalarının nümayəndələriylə görüşüb.
Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Suriya münaqişə haqda danışan Türkiyə lideri qeyd edib ki, Ankara Suriyada təhlükəsizlik zonasını genişləndirəcək. Həmin ərazilərə hazırda YPG-PYD terrorçularının olduğu Fərat çayının şərq sahili də daxildir. Ərdoğan bildirib ki, Türkiyənin uğurlu antiterror əməliyyatları nəticəsində 260 mindən çox qaçqın Suriyaya geri qayıdıb:
“Biz ölkəmizə qarşı terror təhlükəsini tam aradan qaldırana qədər, Suriyanın gələcəyinə qəsd edən dəstələri məhv edənə qədər mübarizəmizi davam etdirəcəyik”.
Sübhan / METBUAT.az