Nikaraquada hökumət əleyhinə etiraz aksiyaları yenidən alovlanıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Nikaraquada apreldə başlayan və avqustda başa çatan etiraz aksiyalarının yenidən alovlanması səbəbindən baş verən qarşıdurmada 1 nəfər həyatını itirib.
Polisin açıqlamasında deyilir ki, paytaxtda hökumət əleyhinə etirazçılarla silahlı şəxslər arasında baş verən qarşıdurmada 16 yaşlı Maks Romero həyatını itirib, 5 nəfər isə həyatını itirib.
Qeyd edək ki, ölkədə sosial təhlükəsizlik islahatlarına qarşı etirazlar, apreldə daha da kütləvi hal almış, nəticədə yüzlərlə insan həyatını itirmişdi. Etirazçılar dövlət başçısı Daniel Orteqa və Sandinista Beynəlxalq Qurtuluş Cəbhəsi hökumətinin istefasını tələb edirlər.
Günay Elşadqızı / METBUAT.AZ