Bu gün futzal üzrə Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız Bakı İdman Sarayında Qazaxıstan seçməsini qəbul edib.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Xətai Bağırov fərqlənib. Qonaqların qollarını isə B. Orazov, Ç. Esenamanov və İgita vurub.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla