Meksikanın paytaxtı Mexikoda polisin sakinləri güc yoluyla təxliyə etmək istəməsi toqquşmalara səbəb olub.

Metbuat.az Asoşşeyted Press agentliyinə istinadən məlumat verir ki, təhlükəsizlik əməkdaşları şəhərin mərkəzində yerləşən 200 ailənin yaşadığı gecəqonduları sökməyə cəhd göstərib. Lakin polislər sakinlərin ciddi müqaviməti ilə üzləşib.Sakinlər polislərə daş və içərisində yandırıcı maddələrin olduğu şüşə qablar atıb.

Tərəflər arasında baş verən toqquşmalar zamanı aralaraında təhlükəsizlik əməkdaşlarının da olduğu çox sayda insan xəsarət alıb.Hakim dairələr gərginliyin qarşısını almaq üçün əraziyə əlavə polis qüvvələri cəlb edib. Gərginlik nisbətən səngisə də, sakinləri təxliyə etmək mümkün olmayıb. Sakinlər hökumətin təklif etdiyi təxliyə şərtləri ilə razılaşmır.

Sübhan / METBUAT.az