Beyləqanda 5 otaqlı ev yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Əlinəzərli kəndində ümumi sahəsi 130 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az