İl-20 faciəsini türk hərbçilərinin rus təyyarəsini vurması ilə müqayisə etmək olmaz, burada vəziyyət tamam başqadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

"Rus təyyarəsini İsrail vurmayıb. Faciəli bir şanssızlıq zənciri kimi görünür. Hələ də nə olduğunu anlamağa çalışırıq. Rusiya İl-20 hadisəsindən sonra Suriyadakı hərbçilərinin təhlükəsizliyi üçün əlavə tədbirlər görəcək. Bunu hər kəs hiss edəcək", - Putin bildirib.

Milli.Az