İngilis yutuber Mike Fox məşhur olduqdan sonra keçmiş sevgilisinin onu necə aldatdığını izləyicilərinə bildirib. İngiltərədə baş verən hadisə fırıldaqçıların internetdən saxta ultrasəs görüntülərini alaraq kişilərdən “abort üçün pul” aldığını ortaya çıxarıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mike Fox başına gələn hadisəni öz “Youtube” kanalında izləyiciləri ilə bölüşüb. Fox məşhur olduqdan sonra köhnə sevgililərindən birinin onunla əlaqə saxlayaraq 2 aylıq hamilə olduğunu dediyini bildirib. Xəbərə çox təəcüblənən Fox köhnə sevgilisi ilə yenidən bir araya gəlib.
Zaman keçdikcə gənc qadının görünüşündə hər hansı bir hamiləlik əlaməti olmadığını deyən Fox bir müddət sonra həqiqəti başa düşüb.
İngilis mətbuatında yayımlanan xəbərlərdə bu cür hadisələrin artdığı ifadə edilib. Qadınlar silikondan hazırlanmış saxta qarın alaraq hamiləlik müddətini daha həqiqi bir şəkildə yaşadıqlarını vurğulayıb. Xəbərdə saxta ultrasəs fotolarının da xüsusi olaraq hazırlandığı internet saytlarının artdığı bildirilib.
Keçən ay Amerikanın Minnesota şəhərində 18 yaşlı bir qız da buna bənzər bir cəhd göstərib. Birlikdə olduğu bir adama hamilə olduğunu deyən qadın abort üçün 2000 dollar alıb. Polis tərəfindən saxlanılan qadın pulu geri qaytardıqdan sonra 90 gün həbs cəzası alıb.