Yeni mövsümə iddialı başlayan ARB telekanalında yayımlanacaq proqramlarda daha bir tanınmış sima aparıcılıq edəcək.

Publika.az xəbər verir ki, uzun illər televiziyalarda aparıcı kimi çalışan Anar Nəcəfli yenidən efirlərə qayıdıb.

Bu barədə məlumatı Anar Nəcəfli özü də təsdiqləyib. Belə ki, o, 24 sentyabrdan etibarən hər axşam saat 20:00-da ARB TV-də yayımlanacaq xəbərlər proqramına aparıcılıq edəcək.

Anar Nəcəfli bu barədə özünün feysbuk səhifəsində paylaşım edib:

"Mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılmamışam və işimə davam edirəm. Sadəcə olaraq, bundan sonra əsas işimlə paralel olaraq həm də, ARB Tv-nin əsas xəbər buraxılışının aparıcısı olaraq da, fəaliyyətimi davam etdirəcəm. Bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə, şəxsən Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədova minnətdarlığımı bildirirəm. ARB Tv-nin rəbərliyinə isə mənə etimad göstərib uzun ildən sonra yenidən efirə qayıtmağıma şərait yaratdığı üçün təşəkkür edirəm".

Könül Cəfərli