İtaliyanın turistik bir hissəsindən qalxan isti hava şarı binaların olduğu əraziyə yaxınlaşıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, havalanan şar küləyin təsiri ilə nəzarətdən çıxan şar binalara yaxınlaşıb. Bir binanın ən üst hissəsinə zərbə ilə dəyən hava şarı daha sonra yoluna davam edib. Şarın içindəki turistlərin yaşadığı qorxu dolu anlar ətrafdakı vətəndaşlar tərəfindən kameralara əks olunub.