Vyetnamın paytaxtı Hanoyda keçirilən musiqi festivalında narkotik qəbul edən 12 nəfər xəstəxanaya yerləşdirilib.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Hanoy Polis İdarəsi sözcüsü Van Vayn jurnalistlərə açıqlamasında onlardan 7 nəfərin öldüyünü, 5 nəfərin isə komada olduğunu bildirib.
Həkimlər bildirib ki, onların qanında yüksək dozada narkotik maddə tapılıb.
Vyetnam höküməti ölkədə 220 min narkotik aludəçisinin olduğunu açıqlayıb. Ölkədə hər il təxminən1600 nəfər yüksək doza narkotikdən ölür.