Azərbaycan hakimi “Latsio” - “Apollon” oyununu idarə edəcək.
Metbuat.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Latsio” (Roma, İtaliya) - “Apollon” (Limassol, Kipr) oyununa təyinat alıb.
Ə.Ağayevin köməkçiləri Zeynal Zeynalov, Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov, Orxan Məmmədov, dördüncü hakim isə Mübariz Haşımov olacaq.
Oyun sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla