Qəzza bölgəsində fələstinlilərin təşkil etdiyi aksiya zamanı yenə də ciddi qarşıdurma baş verib.
Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, İsrail hərbçiləri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz, rezin və döyüş güllələrindən istifadə edib. Nəticədə 3 fələstinli həlak olub. 80 etirazçı isə xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, fələstinlilər onlara məxsus torpaqların İsrail tərəfindən qanunsuz zəbt edildiyini irəli sürərək, mart ayından bəri “Böyük Qayıdış” adlı yürüşlər təşkil edir. Aksiyalarda yüzlərlə etirazçı həlak olub.
Sübhan / METBUAT.az