Sentyabrın 15-də Azərbaycanın paytaxtında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verdi.
Dövlət başçıları əsgərləri salamladılar.
Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa etdi.
"Çırpınırdın Qara dəniz" və "Azərbaycan" mahnıları səsləndirildi.
Milli.Az