“Ericsson” və “T-Mobile” arasında “5G” şəbəkələri üçün avadanlığın tədarükünə dair saziş imzalanıb
"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, sazişin şərtlərinə görə, "Ericsson" ABŞ operatoruna 3,5 milyard dollar dəyərində "3rd Generation Partnership Project" (3GPP) standartlı "5G New Radio" (5G-NR) texnologiyasının qurulması üçün lazım olan telekommunikasiya aparatları və proqram təminatı tədarük edəcək. Bundan başqa, İsveç istehsalçısı rəqəmli servislər və "BSS" və "Cloud Core" platformalarını təqdim edəcək.
Məlumata görə, "5G" şəbəkələri informasiyanı 10 Qbit/saniyə sürətində ötürməyə imkan verir. Bu, hazırkı "4G" şəbəkələrinin sürətindən 30 dəfə çoxdur. Məsələn, "HD" keyfiyyətli tammetrajlı filmi bir neçə saniyəyə yükləmək mümkün olacaq.
"T-Mobile" 2020-ci ildə ABŞ-da ümummilli beşinci nəsil mobil rabitə şəbəkəsini qurmağı planlaşdırır, 2018-ci ilədək isə texnologiyanın 30 şəhərdə istifadəyə veriləcəyi gözlənilir.
Xatırladaq ki, iyulda "T-Mobile" operatoru və "Nokia" şirkəti arasında "5G" rabitəsi üçün avadanlıq, proqram təminatı və servislərin tədarükünə dair 3,5 milyardlıq saziş imzalanıb.
Məlumat üçün qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05