Hazırda Bakının bir sıra küçə və prospektlərində sıxlıq və tıxac müşahidə edilir.

Publika.az xəbər verir ki, bu dəqiqələrdə akademik Həsən Əliyev küçəsi (“ASAN Xidmət”in qarşısı, Tbilisi prospekti istiqamətində), Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsünün üstü istiqamətində), Koroğlu Rəhimov küçəsində (Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq müşahidə edilir.

Bundan başqa Tbilisi prospektində (Akademik Şəfayət Mehdiyev küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) nisbətən sıxlıqdır.

Həmçinin Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı istiqamətində), “28 May” küçəsi (Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər), Əbdüləzəl Dəmirçizadə küçəsi (Şah İsmayıl Xətai prospekti istiqamətində), Səməd Vurğun küçəsi (Abbasqulu Ağa Bakıxanov küçəsi ilə kəsişmə istiqamətində), Ziya Bünyadov prospektində də (Çermet körpüsünün üstü, ”20 Yanvar” dairəsi istiqamətində) sıxlıq müşahidə edilir.

Qeyd edək ki,sabah keçiriləcək paradla bağlı olaraq Üzeyir Hacıbəyov küçəsində nəqliyyat vasitələri əks istiqamətdə hərəkət edir.