Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi də əlavə olunub.

Günün ulduz falı - 14 SENTYABR - Oxumaq üçün tıkla