Dövlət Gömrük Komitəsinin (DGK) İstintaq İdarəsinə yeni rəis təyin olunub.

Metbuat.az-ın "Asvision"a istinadən məlumatına görə, DGK sədrinin müvafiq əmri ilə tanınmış vəkil Ceyhun Yusifov İstintaq İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, C.Yusifov yeni təyinatla əlaqədar Vəkillər Kollegiyasının üzvlüyündən çıxıb.