Çinin Hunan əyalətində avtomobili kütlənin üzərinə sürməklə 11 nəfərin ölümünə səbəb olan sürücü ifadə verib.
Metbuat.az Röyters agentliyinə istinadla xəbər verir ki, şübhəli ilk ifadəsində hadisəni ona yönəldilən ittihamların intiqamını almaq üçün törətdiyini bildirib. Qeyd edək ki, 54 yaşlı sürücü əvvəllər törətdiyi digər cinayətlara görə dəfələrlə həbsdə olduğu məlum olub.
Bildirilir ki, hadisə zamanı xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə barədə araşdırmalara davam edir.
Sübhan / METBUAT.az