Futzal üzrə Azərbaycan milli komandası Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Mətbuat.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə qarşılaşma sentyabrın 23-də təşkil olunacaq. Bakı İdman Sarayında keçiriləcək oyun saat 16:00-da başlayacaq.