Klublar FİFA-ın yeni qadağası ilə üzləşə bilərlər. Belə ki, qurum icarəyə verilən futbolçuların sayına görə klublara məhdudiyyət qoya bilər.
Mətbuat.az “Sport Bild”-ə istinadla xəbər verir ki, FIFA maksimum 8 oyunçunun icarəsinə icazə verməyi planlaşdırır. Burada daha bir şərt isə ondan ibarət olacaq ki,bir klub digərinə ən çox 4 futbolçu göndərə bilər. Amma bu qaydanın klubların 21 yaşadək yetirmələrinə şamil edilməməsi də nəzərdə tutulub. İstisnaya səbəb isə gənc oyunçuların inkişafı üçün imkanlar yaratmaqdır. 21 yaşlıların daha da inkişaf etdirilməsi baxımından klublar onları limitsiz icarəyə verə biləcəklər.
Qərarın qəbul edilməsi ən çox İngiltərənin “Çelsi” və İtaliyanın “Yuventus” klublarına təsir edəcək. Qeyd edək ki, “Çelsi” bu yay transferində 40, “Yuventus” isə 26 futbolçu icarəyə verib.