Dünyanın ən populyar şəbəkəsi olan Feysbuk son 6 ay ərzində 1,27 milyard istifadəçisini saxta hesab açdığı üçün bazadan silib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı şirkətin əməliyyat direktoru Şeril Sandberq mətbuat konfransı zamanı deyib.
O bildirib ki, hesablarının moderasiyası son texnologiyalar
əsasında aparıldığı üçün bütün saxta hesablar aşkarlanır:
"Komandamız hesabların moderasiyasını fərdi axtarış, süni
intellekt, kompüter təlimi və görmə vasitəsilə işləyən xüsusi
alqoritmlərdən istifadə edərək gerçəkləşdirir. Bu məqsədlə sosial
şəbəkədə qaydalara nəzarət edən heyətin sayı 2 dəfə artırılaraq 20
min nəfərə çatdırılıb. Onlar 24 saat ərzində dünyanın 50 müxtəlif
dilində aparılan yazışmalara, mesajlara nəzarət edirlər".
Feysbuk saxta xəbərlərin yayılması və ictimai rəyin təhrifi üçün
istifadə edilən saxta hesablarla mübarizədə öz səylərini artırıb.
Bundan başqa, xidmət spamla aktiv mübarizə aparır. Məsələn, 2018-ci
ilin yanvar-mart aylarında sosial şəbəkədən təxminən 836 milyon
reklam nəşri silinib.
Könül