Amerika Birləşmiş Ştatlarının sanksiyaları İran iqtisadiyyatına ciddi təsir göstərib.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, İranın birinci vitse prezidenti İshaq Cahangiri belə açıqlama verib.O etiraf edib ki, ölkəsiçox ağır və təhlükəli dönəmdən keçir. Birləşmiş Ştatlar İran xalqı üzərində təsirini artırmaq üçün media müharibəsinə də başlayıb.

Cahangirinin sözlərinə görə, çətin vəziyyətə baxmayaraq, İranda öz şəxsi maraqları üçün fəaliyyət göstərən bəzi məmurlar var və onlar cəzalandırılmalıdır. Qeyd edək ki, nüvə sazişinin tərk edən Birləşmiş Birləşmiş Ştatların sanksiyaları İranda milli valyutanın dollar qarşısında ciddi dəyər itirməsinə səbəb olub.

Sübhan / METBUAT.az