Hindistanın Telenqana şəhərində ağır yol qəzası baş verib.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Anjaneya Svami" məbədindən qayıdan zəvvarları daşıyan avtobus dağlıq ərazidə aşıb.

Hadisə nəticəsində 55 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Ölənlərdən 36-sı qadındır.

Məlumata görə, avtobus 54 yerlik olsa da, içərisində 70-dən çox sərnişin olub.

Videonu izləmək üçün şəklə klikləyin:
Hindistanda dəhşətli qəza - 55 ölü, 20 yaralı

Videonu izləmək üçün şəklə klikləyin:
Hindistanda dəhşətli qəza - 55 ölü, 20 yaralı (2)

Milli.Az